Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın üç regionunda hava hücumu xəbərdarlığı elan edilib.

AZƏRTAC qazeta.ru saytına istinadla xəbər verir ki, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində, eləcə də Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində sirenalar səslənib.

Bundan əvvəl Ukraynanın Xarkov və Dnepropetrovsk vilayətlərində hava hücumu siqnallarının səsləndiyi bildirilir.

Gecə saatlarında da artıq Xarkov və Dnepropetrovsk vilayətlərində həyəcan təbili çalınıb. Sumı və Poltava vilayətlərində də sirenlər səslənib.