Türkiyənin Aydın bölgəsinin Çine rayonundakı Alabanda Antik Şəhəri daxilində bir ərazidə icazəsiz qazıntı aparıldığını görən məmurlar vəziyyəti jandarmaya xəbər verib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İl Mədəniyyət və Turizm Müdirliyinin koordinasiyasında aparılan işlərdə, qazılan ərazinin içərisində bir lahit olduğu müəyyən edilib.
Təmizlik işləri başa çatdıqdan sonra sarkofaq nəzarətli şəkildə çıxarılıb.
Üzərində rəqəmlər olan sarkofaqın təxminən 2 min il əvvələ aid olduğu təxmin edilir.
Qanunsuz qazıntının kim və ya kimlər tərəfindən aparıldığı araşdırılır.