Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) pilotlara və kabin heyətinə ətirdən istifadəni qadağan etməyə hazırlaşır.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistanda yayımlanan elanda məktəb binası əvəzinə Almaniyadakı Bellevue sarayının fotosundan istifadə edilib.
The Hindu saytının xəbərinə görə, DGCA alkoqollu məhsulların istifadəsi ilə bağlı qanuna dəyişiklik təklif edib.
Tənzimləmə artıq pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.
Yeni tənzimləmədə ekipajın ətirdən istifadə etməməsi, əks halda alkotesterlə aparılan testlərin müsbət nəticə verə biləcəyi bildirilib.
Səhhətlərinə görə tərkibində spirt olan məhsul və ya dərman istifadə edən ekipaj üzvlərinin uçuşdan əvvəl şirkət həkimi tərəfindən müayinədən keçirilməli olduğu vurğulanıb.