104 yaşında paraşütlə tullanmağı bacaran və ən yaşlı insan kimi Ginnesin Rekordlar Kitabına düşən Doroti Hoffner vəfat edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Hoffnerin ölüm xəbərini açıqlayan Paraşüt Assosiasiyasının sözçüsü Doroti Hoffnerin "həyəcanlı və yaxşı bir həyat yaşadığını" bildirib. Rekordçu qadının ölüm səbəbi açıqlanmayıb.
ABŞ-ın Çikaqo şəhərində yaşayan Hoffner oktyabrın 1-də 4000 metr hündürlükdə təyyarədən paraşütlə tullanıb və bununla da Ginnesin Rekordlar Kitabına vəsiqə qazanıb.
İlk dəfə 4 il əvvəl 100 yaşında ikən paraşütlə tullanmanı edən Hoffner rekord qıran tullanışından sonra "Yaş sadəcə bir rəqəmdir" demişdi.
Hoffner yerə endikdən sonra tullanışı ilə bağlı hisslərini belə ifadə edib: "Əla, gözəl, bundan yaxşısı ola bilməzdi".