İrandan xəbərdarlıq: Vəziyyət hər an nəzarətdən çıxa bilər!

Yaxın Şərq regionu barıt çəlləyinə bənzər vəziyyətdədir. Partlayışın baş verməsi və vəziyyətin nəzarətdən çıxması ehtimalı böyükdür.

Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə açıqlamasında deyib.

“Qəzza sakinlərinə qarşı hərbi cinayətlərə ən qısa zamanda son qoyulmasına ümid edirik”, - deyə XİN rəhbəri bildirib.