HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail ordusunun Fələstinin Tulkərəm bölgəsinə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın daha bir yüksək rütbəli komandiri Heysəm Bəlidi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Bildirilib ki, İsrail hərbi hava qüvvələrinin İordaniya çayının qərb sahilində minik avtomobilinə endirdiyi zərbələr nəticəsində Bəlidi ilə yanaşı, daha 4 HƏMAS silahlısı qətlə yetirilib.