İsrail ordusu Qəzzadakı hədəflərə zərbələr endirib

İsrail Müdafiə Ordusu (İDF) Qəzza zolağındakı hərbi hədəflərə hava zərbələri endirib və 24 saat ərzində Fələstin anklavının cənubundakı silahlı radikalların çoxsaylı dəstəsini məhv edib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zərbələr terrorçu dəstələr, hərbi qurğular və terror infrastrukturuna endirilib.
Rəfah şəhəri və ona bitişik Tell əs-Sultan bölgəsində İsrail bölmələri Hərbi Hava Qüvvələri ilə birlikdə çoxsaylı terrorçu dəstələri məhv edib.
Bildirilib ki, İsrail hərbçiləri Qəzzanın mərkəzi hissəsində əməliyyat fəaliyyətini davam etdirir, ordu 24 saat ərzində HƏMAS-ın silah anbarlarını və hərbi obyektlərini məhv edib.