Rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA

Avqustun 3-də saat 11:00-a olan faktiki hava açıqlanıb.

Oxu.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 3-də saat 11:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatalada 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakı və Abşeron yarımadasında bir mm-dək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Naxçıvan MR-də 33-35, Aran rayonlarında 32-35, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.