Füzulidə növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edəcək.
"Report" xəbər verir ki, yarmarka avqustun 6-da saat 11:00-da Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin inzibati binasında keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 18müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.