Meşə gəzintisi faciə ilə bitdi: 36 yaşlı kişi ölüm ayağındadır

Oğuz rayonunun Tayıflı kəndində bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramov meşədə gəzintiyə çıxarkən üzərinə nəhəng ağac aşıb.

Ağır xəsarətlər alan 36 yaşlı kişi dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.