ABŞ Livandakı vətəndaşlarına müraciət edib

ABŞ Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda amerikalılara Livanda qalmalarını tövsiyə etmir.

Trend xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Dövlət Departamenti Livandakı ABŞ vətəndaşlarını kommersiya variantları hələ də mövcud olduğu halda, mümkün qədər tez tərk etməyi planlaşdırmağa təşviq edir. Biz tərk etməməyi seçən ABŞ vətəndaşlarını fövqəladə hallar planları hazırlamağa təşviq edirik”, - ABŞ XİN-dən bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.