NATO Baltik dənizində patrul nəzarətini gücləndirir

NATO ölkələri regionda sualtı infrastrukturun zədələnməsindən sonra Baltik dənizində patrulların sayını artırır.

APA-nın məlumatına görə, bu barədə alyansın press-relizində deyilir.

“Gücləndirilmiş tədbirlərə əlavə müşahidə və kəşfiyyat uçuşları, o cümlədən dəniz patrul təyyarələri, AWACS təyyarələri və dronlardan istifadə daxildir”, - mətndə deyilir.

Qeyd olunur ki, NATO Baltik dənizindəki müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atacaq.