Netanyahu: Biz qətiyyətlə qalib gələcəyik!

İsrailin baş naziri Benyamin Netanyahunun hərbi geyimdə ordunu Qəzza zolağına hücuma hazırladığına dair video yayılıb.

APA-nın məlumatına görə, video İsrail liderinin rəsmi Telegram kanalında yayımlanıb.

“Mən burada Qolan döyüşçüləri ilə bir yerdəyəm, onlar ölkənin hər yerindəndirlər. Davamına hazırsınız? Biz qətiyyətlə qalib gələcəyik! Qələbə qazanmaq üçün düşmənlərimizə sarsıdıcı zərbələr vuracağıq”, - Netanyahu videoda deyib.