Liviyanın Baş naziri Türkiyədə səfərdədir

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe Türkiyədə səfərdədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Baş naziri İstanbulda Vahidəddin Köşkündə qəbul edib.