Yeni Dehli Rusiyanın bu tələbini rədd etdi

Hindistan hakimiyyəti Yeni Dehli və Pekin arasında münasibətlərin pisləşməsi fonunda Rusiya neft tədarükçülərinin yuanla ödəniş tələbini rədd edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” danışıqlarda birbaşa iştirak edən adı açıqlanmayan yüksək rütbəli Hindistan rəsmisinə istinadən məlumat yayıb.

“Beləliklə, onlar Çin valyutası ilə ödəniş etməyəcəklər. Bir neçə yük üzrə ödənişlər son vaxtlar gecikdirilib, çünki tərəflər valyuta mübadiləsi ilə bağlı razılığa gələ bilmirlər”, - mənbə bildirib.

Qeyd olunur ki, Hindistanın rupinin beynəlxalq ödənişlərdə rolu hesabına yuanın beynəlmiləlləşməsini dəstəkləməsi geosiyasi səbəblərə görə qəbuledilməzdir.