Rusiya HƏMAS-la danışıqlar aparır - Səfir

Rusiya silahlılar tərəfindən əsir götürülən girovların azad edilməsi məsələsində Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə əlaqə saxlayır.

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “İzvestiya”ya açıqlamasında deyib.

“Əlbəttə ki, HƏMAS nümayəndələri ilə əlaqəmiz var və bu əlaqələr ilk növbədə, terror aktının ilk günündə HƏMAS yaraqlıları tərəfindən əsir götürülən girovları indi olduqları yerlərdən azad etməyə yönlib. Onlar İsrailin dinc sakinlərinə açıq deyirəm, terror hücumu zamanı girov götürülüblər" - Viktorov deyib.

İsrail ordusunun məlumatına görə, Qəzza zolağında HƏMAS-ın girov saxladığı şəxslərin təsdiqlənmiş sayı 203 nəfərdir.

Cümə günü Rusiyanın İsraildəki səfirliyi TASS-a bildirib ki, orada azı iki rusiyalı girov saxlanılır.