Rusiya xarici işlər nazirinin keçmiş müavini xarici agent elan olunub

Rusiya Ədliyyə Nazirliyi xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadzeni xarici agent kimi tanıyıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya federasiyası Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Georgi Kunadze 1991-1993-cü illərdə Rusiya xarici işlər nazirinin müavini vəzifəsini tutub.