"Vaqner"i "Redut" əvəz edib - Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı Ukraynada cəbhəsində "Vaqneri" əvəz edən "Redut" hərbi şirkəti haqqında məlumatları açıqlayıb.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, "Redut"un keçmiş "Vaqner" üzvlərir də daxil olmaqla, “könüllülər” adı altında muzdluları işə cəlb edir.

"Redut Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş İdarəsi tərəfindən idarə olunur və maliyyələşdirilir. Qruplaşa “Redut” Donetsk, Xarkov, Kiyev və Luqansk vilayətlərində döyüş əməliyyatlarında iştirak edib", - deyə Britaniya kəşfiyyatı bildirib.

Kəşfiyyat rəsmiləri qrupun üzvlərinin sayının 7 mindən çox ola biləcəyini qeyd ediblər.