Sisidən Qərbə sərt reaksiya: İkiüzlü davranmaq...

“Rəfah” keçidini bir an belə bağlamadıq. Lakin İsrailin sərhədin Fələstin tərəfini bombalaması humanitar yardımların keçməsinə mane olurdu.

Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi Qahirədə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib.

Sisi çıxışı zamanı Qərbi ikiüzlü davranmaqda ittiham edib:

“Əslər boyu qurub-yaratdığımız mədəniyyətin dəyərləri hanı? İkili standartlar olmadan günahsız insanlar arasında bərabərlik hanı? Misir birmənalı şəkildə dinc vətəndaşların hədəfə alınmasını və öldürülməsini pisləyir”.