İran Təbrizdə İsrailə qarşı ordu toplayır

Təbrizdə "İstişahidiyyun-e Ceyşül Xamenei" (Xamenei Ordusunun Şəhidləri) adlı yeni qurum yaradılıb.

Axar.az xəbər verir ki, bunu Təbrizin “Əmir əl-möminun” dini mərkəzinin rəhbəri Ruhullah Becani deyib.

O, bu qurumun Qəzzada İsrailə qarşı döyüşmək üçün könüllülər yığmaq məqsədilə yaradıldığını bildirib.

Becani dini tələbələr və mollalardan ibarət qrupun Qəzzaya göndərilməsi üçün məsləhətləşmələr aparıldığını söyləyib.