İranın HƏMAS-ın hücumunda iştirakı varmı? - İsrail

İsrail hökumətində İranın HƏMAS-ın ölkəyə hücumunda iştirakı barədə kifayət qədər məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin spikeri Aviçai Adri bildirib.

“Bizim İranın HƏMAS hərəkatını dəstəklədiyini söyləmək üçün isə kifayət qədər məlumatımız var. Hazırda Tehran Fələstin hərəkatının fəaliyyətinin əhəmiyyətli hissəsini maliyyələşdirir. Üstəlik, İran HƏMAS-ı silahla təmin edir və üzvlərinə təlimlər keçirir. Bəs əməliyyat İranın rəhbərliyi altında həyata keçirilibmi? Bunu təsdiqləmək üçün bizim kifayət qədər məlumatımız yoxdur”, - spiker qeyd edib.