Moskvada Qırmızı Meydan bağlandı

Moskvada Qırmızı Meydana giriş-çıxış tamamilə dayandırılıb. 

Məlumatı Rusiya mətbuatı yayıb.

Qeyd olunur ki, ərazi dəmir hasarla əhatəyə alınıb və meydanın bir hissəsinə armatur arakəsmələr yığılıb.

Hazırda Qırmızı Meydanda ancaq polis və Rusiya Milli Qvardiyasının maşınları var.

Hələlik məhdudiyyətin hansı səbəbdən həyata keçirildiyi məlum deyil.