İraqdakı ABŞ bazası PUA hücumuna məruz qalıb

“İraqın İslam Müqaviməti” qruplaşmasının yaraqlıları Ənbar əyalətindəki ABŞ-yə məxsus hərbi bazaya pilotsuz uçuş aparatı ilə hücum ediblər.

APA-nın “Shafaq News”a istinadən verdiyi məlumata görə, bu barədə hərəkat nümayəndəsi bildirib.

“Dronun endirdiyi zərbələr nəticəsində yerüstü hədəflər vurulub” – nümayəndə qeyd edib.