Aİ Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir

Aİ Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təşviqinə sadiqdir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-Avropa İttifaqı sammitinin birgə bəyanatında deyilir.

"Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq", - deyə qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini bu ayın sonuna qədər Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştiraka dəvət etdiyini bildirib.