Ukrayna Ordusu Kanadadan zirehli maşınlar alıb


Ukrayna hərbçiləri Kanada istehsalı olan ən son zirehli texnikası “Senator”un ilk partiyasını alıblar.

APA xəbər verir ki, bu barədə “Defence Blog” məlumat verib.

Hərbçilər qeyd edirlər ki, əvvəlki versiyadan fərqli olaraq, yeni zirehli maşının minalardan mühafizəsi təkmilləşdirilib və bu, döyüş meydanında müxtəlif tapşırıqların yerinə yetirilməsi zamanı əlavə üstünlüklər təmin olunub.