Krım körpüsündə hərəkət yenə dayandırıldı

Krım körpüsündə nəqliyyatın hərəkəti naməlum səbəbdən müvəqqəti olaraq bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Körpüdə və yoxlama zonasında olan hər kəsdən sakitliyə riayət etmək və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmək tələb olunub.