Argentinada namizədlərdən heç biri birinci turda qalib gəlməyib

Argentinada prezident və aprlamanet seçkiləri başa çatıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayaıb.

"Exit-poll"un nəticələri göstərir ki, namizədlərdən heç biri birinci turda qalib gəlməyib.

Libertar namizəd Xavyer Maylinin komandası iddia edir ki, onlar seçkilərdə liderdirlər və iqtisadiyyat naziri Sergio Massa ilə ilk eyri bölüşür.

Bazar günü Argentinada prezident və parlament seçkiləri keçirilib. Milli Seçki Palatasının məlumatına görə, seçici fəallığı 74% təşkil edib. Seçki günü heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün ən azı 45 faiz səs, yaxud ən yaxın rəqibindən 10 faiz çox olmaqla 40 faiz səs toplamaq tələb olunur. Əgər namizədlərdən hər hansı biri bu nəticəni əldə etməzsə, noyabrın 19-da prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bununla bərabər, seçicilər 130 deputat və 24 senator seçməlidirlər. Seçkilərin ilkin nəticələri bu axşam elan olunacaq.