İsveçrədə NATO və Aİ-yə qarşı olan partiya parlament seçkilərində qalib gəlib

Mühacirətin məhdudlaşdırılması, neytrallığa ciddi riayət olunması, ölkənin Avropa İttifaqı və NATO-da iştirak etməməsi və Ukrayna da daxil olmaqla, münaqişə zonalarına silahların təkrar ixracına qadağaların saxlanmasının tərəfdarı olan sağçı mühafizəkar İsveçrə Xalq Partiyası oktyabrın 22-də İsveçrədə keçirilən parlament seçkilərində qalib gələrək ölkənin ən böyük siyasi gücü statusunu möhkəmləndirib.

“Report” xəbər verir ki, partiya Milli Şurada 62 yer qazanıb ki, bu da 2019-cu il seçkiləri ilə müqayisədə 9 yer çoxdur.

Onu 41 mandatla Sosial Demokrat Partiyası izləyir ki, bu da dörd il əvvəlki seçkilərdən 2 mandat çoxdur.

Parlamentdə təmsil olunan qalan partiyalar dörd liderdən xeyli geri qalıb. Konkret olaraq, Yaşıllar Partiyası 23 mandat qazanaraq 5 yer itirib, Yaşıl Liberallar isə 2019-cu il seçkilərindən 6 yer az olmaqla 10 yer qazanıb.

Qeyd olunub ki, 46 üzvdən ibarət Kanton Şurasına (kiçik palata) seçkilərin yekun nəticələri noyabrın sonunda məlum olacaq, çünki Bern, Cenevrə və Sürix də daxil olmaqla 10 kanton ikinci turlarla üz-üzədir.