Bennet uğursuzluqlara görə məsuliyyət daşıdığını AÇIQLADI

“Oktyabrın 7-də HƏMAS-ın dağıdıcı hücumuna səbəb olan uğursuzluqlara görə mən də məsuliyyət daşıyıram”.

News24.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.

“Təbii ki, mən də məsuliyyət daşıyıram. 12 ay baş nazir vəzifəsində çalışdım. Elə şeylər oldu ki, onları etməyə zamanım olmadı, sonra hökumət dəyişdi. Şübhəsiz ki, mən məsuliyyət daşıyıram”, - Bennet bildirib.