Qəzzada bir sutkada 436 nəfər öldürüldü

Son sutka ərzində İsrailin aviazərbələri nəticəsində 436 fələstinli həlak olub ki, onların 182-si uşaqdır.

Axar.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə isə oktyabrın 7-dən bəri İsrailin zərbələri nəticəsində 5087 nəfər həlak olub, 15 273 nəfər yaralanıb. Ölənlərin 2055-i uşaqdır.