Oskar və Emmi mükafatlı aktyorlar Keyt Blanşett, Xoakin Feniks, Endryu Qarfild, Kristen Stüart, Riz Əhməd, Çanninq Tatum, həmçinin Dua Lipa, Macklemore və Diplo kimi dünyaca məşhur musiqiçi və müğənnilərin də olduğu 57 ad ABŞ Prezidenti Joe Bidenə məktub yazaraq "Qəzzada dərhal atəşkəs" çağırışı edib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, məhşurlar “Artists4ceasefire.org” saytında dərc olunan məktubda ABŞ və digər dünya liderlərindən Qəzzanın bombardmanını dayandırmağa və girovların dərhal azad edilməsinə çağırış etməyi xahiş ediblər.
“Son bir həftə yarımda 5 mindən çox insan öldürülüb. Bu yazının yazıldığı anda, son 12 gündə Qəzzaya 6 mindən çox bomba atılıb. Bu, hər 15 dəqiqədə bir uşağın öldürülməsi ilə nəticələndi”, - ifadələrinin yer aldığı məktubda humanitar yardımın Qəzzaya çatmasına icazə verilməsi tələb olunub.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının Təcili Yardım Başçısı Martin Griffithsin "Tarix izləyir" açıqlamasını xatırladan məşhurlar "Biz susqunluğumuzu və gələcək nəsillərə heç bir şey etmədiyimizi izah etməkdən imtina edirik" deyiblər.
Mənbə: Hürriyət qəzeti