Votsap bu telefonlarda işləməyəcək - Bu məcburdur ki...

Dünyanın ən böyük mesajlaşma proqramı olan Vatsap , oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Vatsap oktyabrın 24-dən etibarən Google mobil əməliyyat sisteminin Android 5.0 və daha köhnə versiyalarında mövcud olmayacaq.

Google Nexus 7, Sony Xperia Z, LG Optimus G Pro və HTC One kimi bir vaxtların məşhur telefonları artıq WhatsApp-ı dəstəkləməyəcək.

Bundan əlavə, Samsung-un Galaxy Note 3 və Galaxy S4 də WhatsApp dəstəyini itirəcək.

Mövzu ilə əlaqəli "Sherg.az”a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, gözlənilən bir qərar idi: 

 “Nəzərə alsaq ki, bir tətbiqin bütün telefonlarda eyni vaxtda təkminləşdirilməsi misal üçün votsap yeni bir xüsusiyyət təşkil edəndə məcburdur ki, bütün versiyalar üçün bu, alınsın. Bu da tətbiq üçün həddindən artıq böyük inkişafın aparılması deməkdir. Təbii ki, telefon sahəsi böyük bir məhsul çeşidlənməsinə sahibdir. Bunun üçün də artıq hər bir telefon smartfon versiyaları yeni xüsusiyyətlərin buraxılmasında çətinlik çəkirlər. Bu korporativ cəhətdən alınan bir qərardır. Burada əlavə olaraq istifadəçinin çoxluğu da nəzərə alınıb. Məsələn, 1 milyonluq istifadəçini faizə bölsək, 5 faizlik seqmenti köhnə telefonlardadırsa, təbii ki onlar 5 faizlik seqment üçün 100 minlərcə məbləğ ödəyib, inkişafda saxlamaları o qədər də əlverişli deyil. Onlar 95 faizə fokuslanır, bu korporativ cəhətdən daha sərfəli ola bilər. Hər bir halda bu gözlənilən bir qərar idi. Çünki  böyük təqbiqçilərin hər bir versiya üçün təkminləşdirmə apara bilməyəcəkləri əvvəlcədən məlum idi".