HƏMAS daha iki girovu azad edib

İsrailə hücum zamanı ələ keçirilən daha iki girov azad edilib.

Trend xəbər verir ki, bu barədə HƏMAS-ın Misir qanadının nümayəndəsi deyib.

Onun sözlərinə görə, proses Misir və Qətərin vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.