HƏMAS-ın hücumu nəticəsində 10 britaniyalı ölüb

HƏMAS-ın hücumu nəticəsində azı 10 Böyük Britaniya vətəndaşı ölüb, 6 nəfər isə itkin düşüb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyinin nümayəndəsi Viktoriya Atkins məlumat verib.

Bildirilib ki, ölənlər arasında 1 hərbçi və turistlər var.