İranda əxlaq polisi daha bir qıza hücum edib

İranın Yəzd şəhərindəki Azadegan parkında məcburi hicab qanununa riayət etməyən gənc qız əxlaq polisi tərəfindən şiddətə məruz qalıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, polis qıza şillə vurub və gənc qız qorxu və stresdən huşunu itirib, yıxılarkən başı yerə dəyib.
Qeyd edək ki, həmin qız xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.