Melani Joli Ermənistana gəlir

Kanada xarici işlər naziri Melani Joli 25-26 oktyabr tarixlərində Ermənistanda rəsmi səfərdə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, 25 oktyabrda M.Joli erməni həmkarı Ararat Mirzoyanla dar tərkibdə görüş keçirəcək, daha sonra isə tərəflər geniş tərkibdə danışıqları davam etdirəcəklər.