Ruslar ruslara qarşı: Ukraynada “Sibir” batalyonu yaradıldı

Ukraynada Rusiya vətəndaşlarından ibarət “Sibir” batalyonu yaradılıb.

Axar.az xəbər verir ki bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, batalyona Rusiyadan ayrılmaq istəyən milli azlıqların nümayəndələri də daxildir və onlar rus əsgərləri əsir götürmürlər:

“Biz Kreml rejimini məhv etməliyik. Mən Yakutiyanın azad, demokratik ölkə olmasını istəyirəm. Çox zəngin ölkədir, amma oradakı insanlar çox kasıbdır. Yalnız Putinə xidmət edən dövlət məmurları uğur qazana bilir”, - yakut döyüşçülərindən biri açıqlamasında deyib.