HƏMAS ABŞ bazasını vurdu

ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına növbəti dəfə PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, PUA hədəfi məhv edib. Tələfat və dağıntı barədə əlavə məlumat verilməyib.

Hücumu HƏMAS-ın İraqdakı şöbəsi öz üzərinə götürüb.