İordaniya XİN: Qəzzaya qarşı müharibə humanitar fəlakət olacaq

“İsrail Qəzzaya qarşı quru əməliyyatına başladı. Nəticə gələcək illər üçün humanitar fəlakət olacaq”.

APA xəb ər verir ki, bunu İordaniyanın XİN rəhbəri Ayman Safadi X hesabında bildirib.

“BMT Baş Assambleyasının qətnaməsinə qarşı səs vermək bu mənasız müharibəni, bu mənasız qətli təsdiqləmək deməkdir. Səsverməni milyonlar izləyəcək, tarix mühakimə edəcək” – diplomat vurğulayıb.