Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.
Qeyd edək ki, oktyabrın 26-da ABŞ-da silahlı insident olub.
Men ştatının Lyuiston şəhərindəki atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.