Yer kürəsi 24 min ildə heç vaxt belə isinməyib - Həyəcan təbili

Arizona Universitetinin rəhbərlik etdiyi yeni araşdırmada qlobal istiləşmə ilə bağlı yeni məqamlar üzə cıxarıb.

"Medicina" xəbər verir ki, nəticəyə görə, son 1 ildəki ümumi Yer kürəsindəki temperatur 24 min il ərzində görünməmiş səviyyədədir və bu, insan tərəfindən törədilən qlobal istiləşmənin sürətinin yüksək olduğunu göstərir.

Bu təsdiq edir ki, istixana qazlarının konsentrasiyasının artması və buz təbəqələrinin azalması son buz dövründən bəri iqlim dəyişikliyinin əsas amilləri olub.

Son 10 000 il ərzində ümumi istiləşmə tendensiyasının, paleoiqlim cəmiyyətində bu dövrün daha isti və ya daha soyuq olmasına dair onillik mübahisənin bitirdiyi iddia edilir.