Erməniləri, yunanları təxribata çəkərək... - Ərdoğan

Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Qarşımızda Şərqi və Cənub-Şərqi Anadoluda erməniləri, Egeydə, Mərmərə və Qara dənizdə yunanları təxribata çəkərək millətimizi məhv etməyə çalışanların qərarsız hesabları ilə qarşılaşırıq. Onların həqiqəti tərsinə çevirməsinə imkan verməyəcəyik", - Ərdoğan qeyd edib.