Fransa polisi Fələstinə dəstək aksiyasını dağıdıb

Fransa polisi Parisdə icazəsiz Fələstinə dəstək aksiyasını dağıdıb.

APA yerli KİV-ə istinadla xəbər verir ki, polis Sevastopol bulvarına toplaşan etirazçı kütləni dağıtmaq üçün dəyənək, tüstü bombası və gözyaşardıcı qaz tətbiq edib.