Qəzzadakı yardım anbarları qarət edildi

Qəzza zolağındakı sakinlər humanitar yardımların olduğu anbarları qarət ediblər.

Axar.az xəbər verir ki, “Əl Ərəbiyə” kanalı məlumat yayıb.

“Minlərlə insan Qəzza zolağının mərkəzi və cənubundakı bir neçə yardım anbarına və paylama mərkəzlərinə soxularaq un, əsas ləvazimatlar və gigiyena məhsulları oğurlayıblar”, - məlumatda qeyd olunub.