Ukraynada müəmmalı qətl: Evdən 9 meyit tapıldı

Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində evdə ikisi uşaq olmaqla, 9 şəxsin meyiti aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

ASTRA nəşri isə yerli sakinlərə, ölənlərin qonşularına və qohumlarına istinadən xəbər verir ki, qətli rusiyalı hərbçi törədib:

"Qətl Rusiya Silahlı Qüvvələrinin hərbçisi tərəfindən törədilib. Nataşanın əri ilə nəsə problemi var idi. Yuxarı dairədən dərhal gəldilər və hər şeyi gizlətməyə başladılar, qonşulara susmağı söyləyiblər".