Lavrov: İsrailin Suriyaya aviazərbəsi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və suriyalı həmkarı Feysəl əl-Mikdad arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağı ətrafında baş verən hadisələr müzakirə olunub.

S.Lavrov bu münaqişə fonunda İsrailin Suriyaya hava zərbələri endirməsinin qəbuledilməz olduğunu bildirib.

XİN başçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.