Cənubi Afrikada aparılan yeni araşdırma insan səsinin vəhşi heyvanları aslanın səsindən daha çox qorxutduğunu üzə çıxarıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Afrikanın ən böyük təbii yaşayış yerlərindən biri olan Kruger Milli Parkında aparılan araşdırma üçün alimlər gölməçələrdə gizlənmiş dinamiklərdən normal insan nitq səslərini yayımlayıblar.
Bu səsləri eşidən heyvanların 95 faizinin çox qorxduğu və suyun kənarından sürətlə uzaqlaşdığı müşahidə edilib. Heyvanlara antilop, fil, kərgədan, bəbir, hiyena, zebra və zürafə daxildir.
Həmçinin insan səsinin əksinə olaraq, heyvanlar aslanların nəriltilərini eşidəndə nəzərəçarpacaq dərəcədə az panikaya düşüblər.
Hətta fillər arasında dayanıb səsin mənbəyi ilə qarşılaşmaq üçün gözləyənlər də olub.
Digər tərəfdən yayımlanan insan səsləri arasında ölkədə danışılan yerli dillərdən də istifadə olunub.
Tədqiqatın nəticələri heyvanların ov etmək, silahdan istifadə etmək və itlərlə tutulmaq kimi səbəblərdən insanlarla təmasda olmaq çox təhlükəli olduğunu öyrəndiklərini göstərir.
Qeyd edək ki, heyvanların hiss etdiyi qorxu yalnız Kruger Milli Parkı ilə məhdudlaşmır!
Tədqiqatlar göstərir ki, bütün dünyada vəhşi heyvanlar digər yırtıcılardan daha çox insanlardan qorxurlar.
Tədqiqatçılar deyirlər ki, insan səslərindən istifadə brakonyerliyin qarşısını almağa və vəhşi təbiəti qorumağa kömək edə bilər.
Mənbə: Haber Global