İsrailin keçmiş baş naziri: "Dünya ictimai rəyi artıq bizimlə deyil"

İsrailin keçmiş baş naziri Naftali Bennet sosial media hesabında dünya rəyinin artıq onların tərəfində olmadığını bildirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Bennett X platformasındakı hesabındakı paylaşımında ölkəsinin beynəlxalq arenada vəziyyətinin yaxşı olmadığını bildirib.

“Dünya ictimai rəyi artıq bizimlə deyil”. Bennett açıqlamasında vurğulayıb ki,  TikTok platformasında Fələstin tərəfdarları  İsrail tərəfdarlarından 15 dəfə çoxdur.

Bennet İsrail hökumətini dəstəkləmək üçün Nyu- York və Vaşinqtonda təmaslar aparacağını bəyan edib.