Ermənistanın xarici işlər naziri Böyük Britaniyada rəsmi səfərdə olacaq

Noyabrın 13-dən 14-dək Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyada rəsmi səfərdə olacaq.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Ararat Mirzoyanla Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin görüşəcəyi bildirilir.

Məlumata görə, Ermənistan və Böyük Britaniya arasında Strateji dialoqun ilk iclası keçiriləcək.

Səfər zamanı digər müzakirələr və tədbirlər də planlaşdırılır.