Pentaqon: Helikopter qəzasında beş hərbçi həlak olub - YENİLƏNİB

ABŞ Müdafiə Nazirliyi Aralıq dənizində təlim uçuşu zamanı helikopterin qəzaya uğradığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostinin yazılı açıqlamasında bildirilib.


"Şənbə günü Aralıq dənizi üzərində təlim uçuşu zamanı beş amerikalı hərbçinin faciəli şəkildə həlak olması ilə bağlı kədərlənirik. Biz bu qəza ilə bağlı əlavə məlumat toplamağa davam edirik", - deyə Pentaqon rəhbəri bildirib.

***

Saat 20:16

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Qeyd olunub ki, Aralıq dənizi üzərində təyyarələr yanacaq doldurarkən toqquşma baş verib.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iki gün əvvəl təlim zamanı baş verib.